“Yeni il ərəfəsində mağazalarda pirotexniki avadanlıqların satışı nəzarətə götürüləcək”. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov AzNews.az-ın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, hər il olduğu kimi bu il də paytaxt mağazalarında reydlər aparılacaq. Departament sözçüsü onu da əlavə edib ki, artıq uzun müddətdir reydlərə başlanılıb.
“Pirotexniki avadanlıqların yığışdırılması labüddür. Bu tipli avadanlıqların satışı ilə mübarizə aparacağıq və onların satışına imkan verilməyəcək”, - deyə Əliabbas Bağırov vurğulayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.