banner
banner

Gündəm

London taksilərində “Wi Fi” olacaq

London taksilərində “Wi Fi” olacaq

"Bakıda fəaliyyət göstərən London taksilərində “Wi Fi” quraşdırılacaq".
 Bunu Trend-ə açıqlamasında “Bakı Taksi Xidməti” MMC-nin rəhbəri İlqar Qasımov deyib.

Onun sözlərinə görə, bunun üçün öncə texniki məsələlər həll olunmalıdır: 
“Bakı Taksi Xidməti” MMC taksi xidmətində yeniliklərin tətbiqini nəzərdə tutur. Taksilərdə “Wi-Fi” cihazlarının quraşdırılması da bu yeniliklərdən biridir”.

İ.Qasımov “Wi-Fi”ların taksilərdə tətbiqindən sonra gediş haqqının artıb-artmayacağı məsələsinə də toxunub: 

“Bu layihədə gediş haqqının artımı məsələsi öz əksini tapmayıb. “Wi-Fi”ların tətbiqinin gediş haqqına təsiri olmayacaq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.