banner
banner

Şou

Yaraşıqlı aktyordan sevənlərinə pis xəbər

Yaraşıqlı aktyordan sevənlərinə pis xəbər

Türkiyənin ən yaraşıqlı aktyorundan sevənlərinə pis xəbər. ANS PRESS-in məlumatına görə, bir müddət sarışın aktyoru efirlərdə görmək mümkün olmayacaq.
Kıvanç Tatlıtuğ bir müddət serial və filmlərdə rol almayacaq.

Bir müddət öncə vətənini tərk edib ABŞ-da yaşayacağı barədə iddialar yayılan aktyor türk kinosunun 100 illiyi ilə bağlı Parisdə təşkil edilən mərasimə qatılıb. Ötən gün isə o sevgilisi Başak Dizərlə vətəninə qayıdıb.

Türkiyəyə qayıdandan sonra isə ölkədən getməsi barədə yayılan şayiələrə nöqtə qoyub. “Xeyir, belə bir şey yoxdur. Mən burada xoşbəxtəm. Sadəcə istirahət etmək üçün serial və filimlərdə bir müddət çəkilməyəcəm”.

Qeyd edək ki, bir müddət öncə sevgilisi Başak Dizəri ailəsi ilə tanış edən aktyor sevgi münasibətlərinin evliliyə doğru getdiyini də açıqlamışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.