Xəbər verdiyimiz kimi, noyabrın 25-də Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.
Cia.az aznews.az-a istinadən xəbər verir ki, iclasda məşhur general-mayor Qorxmaz Qarayevin ordu sıralarından təxris olunması ilə bağlı əmr verildiyi elan olunub.
Onu da bildirək ki, Q.Qarayev bu yaxınlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında baş müəllim postuna təyin edilmişdi. Bundan əvvəl isə o, Şəmkir korpusunun komandan müavini idi.
Bundan başqa, iclasda daha 3 generalın ordudan təxris edildiyi bildirilib.
Onlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin keçmiş rəisi general-mayor Mirzə Almasovdur. M.Almasov bu ilin avqust ayında yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.
Həmçinin Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının keçmiş rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılovun da ordu sıralarından çıxarıldığı bildirilir. F.Cəbrayılov da bu ilin avqust ayında postundan uzaqlaşdırılmışdı.
Ordu sıralarından təxris olunan digər general isə Silahlı Qüvvələrin Artilleriya Qoşunlarının keçmiş komandanı general-mayor Rafiq Hüseynovdur. R.Hüseynov isə 2013-cü ildə Artilleriya Qoşunlarının komandanı vəzifəsi ilə vidalaşmışdı.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.