Dağıstanda hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində 3 silahlı döyüşçü məhv edilib.
Əməliyyat Süleyman-Stal və Məhərəmkənd rayonları sərhədində keçirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarından xəsarət alan olmayıb.
Hazırda həmin ərazidə kontterrorist əməliyyatı (KTO) rejimi tətbiq edilir. Bu haqda Rusiya mətbuatına ölkənin hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Operativ axtarış tədbirləri çərçivəsində meşə massivində yoxlama aparılırdı. Bu zaman onlar, böyük ehtimalla, silahlıların dəstəsi ilə qarşılaşıb. Baş verən silahlı qarşıdurma nəticəsində onlar zərərsizləşdirilib", - deyə Rusiya rəsmiləri bəyanat yayıb. Öldürülən silahlıların yerli quldur qruplaşmasının üzvləri olduğu bildirilb.
Süleyman-Stal və Məhərəmkənd rayonları
Ümumiyyətlə, noyabr ayında Rusiyada bir neçə belə xüsusi əməliyyat həyata keçirilmişdi. Ayın 22-də Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin subyektlərindən biri olan Kabardino-Balkariya Respublikasında da xüsusi əməliyyat keçirmişdi.
Bu səbəbdən Çerek rayonunun Nalçik ərazisində - KTO rejimi tətbiq edilirdi. Əməliyyatlar zamanı İŞİD terrorçuları zərərsizləşdirilmişdi.
Nalçikə bitişik olan meşə massivində silahlılarla yerli hüquq-mühafizə orqanları arasında atışma olmuş, nəticədə 11 silahlı məhv öldürülmüşdü.
Öldürülənlərin hamısının İŞİD terror qruplaşmasının yerli bölməsinin üzvləri olduğu bildirilmişdi.
Noyabrın 10-da isə Nalçikdə Robert Zankişiyev adlı şəxs öldürülüb. Onun da İŞİD üzvü olduğu qeyd edilirdi. Bildirilirdi ki, Zankişiyev terrorçu qruplaşmanın yerli bölməsinin rəhbəri olub.
Həmin əməliyyat zamanı Zankişiyevin həyat yoldaşı İnna Blenaova yaralanmışdı. Hüquq-mühafizə orqanları ilə danışıqlardan sonra o, təslim olmuşdu. Dindirilmə zamanı müsəlman qadın həyat yoldaşının axtarışda olduğunu biləndən sonra ondan ayrı yaşadığını demişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.