BBC-nin yazdığına görə, İraq ordusu döyüşlərdə xeyli itki verib.
Cİa.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD terror qruplaşması Bağdada girərək İraq ordusunun 1000 əsgərini öldürüb.
İngilis mətbuatında yazılanlara görə, İŞİD Bağdadı ələ keçirmək üçün genişmiqyaslı hücumlara başlayıb. Ötən gündən başlayan döyüşlərin hazırda davam etdiyi bildirilir. 1000 İraq əsgərinin və xeyli sayda əhali arasından könüllü döyüşənlərin öldüyü bildirilir.
BBC-nin yazdığına görə, İŞİD artıq Bağdad ətrafındakı bir çox kəndləri ələ keçirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.