Əməkdar artist Dilarə Əliyevanın plastik əməliyyat etdirməsi xəbəri yayılıb. Aktrisa "Onlar" verilişində 10 kiloqram arıqlamasının sirrini açıb: "Arıqlamaq üçün çox əziyyət çəkdim. Amma plastik əməliyyat etdirməmişəm. 1 ay yarımdır pəhriz saxladım və 10 kiloqram arıqladım. Hazırda 65 kiloqramam. Çalışdım ancaq piyi yox etdim. Buna görə də onun geri qayıtması mümkün deyil. Arıq vaxtı aldığım geyimləri düşünüb, özümdə güc tapırdım. Bu işdə mənə dietoloq da kömək etdi".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.