Türkiyə həlak olan pilotun cəsədini Rusiyaya verdi
Su-24 qırıcı təyyarəsinin vurulmasından sonra ölən Rusiya pilotu Oleq Peşkovun cəsədi öz ölkəsinə təhvil verilib.
Cia.az Türkiyə KİV-nə istinadən bildirir ki, cəsəd noyabrın 29-da pravoslav kahinlər tərəfindən dini mərasim keçirildikdən sonra Hataydan Ankaraya aparılıb. 1 gecə burada gözlədildikdən sonra ölkəsinə təhvil verilib.
Xatırladaq ki, noyabrın 24-də Rusiyanın Su-24 qırıcı təyyarəsi Türkiyənin hava sərhədini keçdiyi üçün vurulub. Pilotlardan biri Oleq Peşkov türkmənlərin yaşadığı əraziyə düşərək ölüb, digər pilot Konstantin Muraxtin isə sağ qalıb. O, Suriya xüsusi qüvvələri tərəfindən Rusiyanın Suriyadakı bazasına aparılıb.
Onu da qeyd edək ki, Rusiyanın Ankaradakı səfirliyindən qazeta.ru-ya bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.