banner
banner

Gündəm

Nazirlikdə ciddi islahatlar başladı

Nazirlikdə ciddi islahatlar başladı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və nazirliyin tabeliyindəki müəssisələrdə ciddi islahatlara start verilib.

Rabitə və yüksək texnologiyalar naziri səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadənin tapşırığına əsasən həyata keçirilən islahatlara uyğun olaraq, müraciətlərin diqqətlə baxılıb araşdırılması, reydlər təşkil olunması, vətəndaşlarla ünsiyyətin yüksək səviyyədə qurulması, xidmət mədəniyyətinin yüksəldilməsi, işə davamiyyətin artırılması və iş rejiminə ciddi riayət edilməsi, nizam-intizam tədbirlərinin, eləcə də mühafizənin gücləndirilməsi işlərinə başlanılıb.

Həmçinin yeni fikir və təkliflər dəstəklənməklə, rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı əlavə tədbirlər də islahatların tərkib hissəsini təşkil edir.

İslahat tədbirlərinin icrasının təmin edilməsi, ümumilikdə görülən işlərin səmərəliliyinin yüksəldilməsi və nəzarətin artırılması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıq və göstərişlər verilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.