İsrail Baş naziri Binyamin Netanyahu İsrailin mülki hədəflərə hücum etməsi və xeyli sayda uşaq ölümünə görə BMT İnsan Haqları Şurası tərəfindən edilən tənqidlərə toxunub.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, təşkilat İsrailin bu hücumlarını araşdırmağa başlayıb.
Bununla bağlı danışan Baş nazir isə "BMT İnsan Haqları Şurası günahsız mülkiləri müdafiə missiyasına xəyanət edərək Terrorist Haqları Şurası oldu", deyib. O, həmçinin İsrailin təkbaşına olsa da öz-özünü müdafiə hüququ olduğunu və buna davam edəcəyini vurğulayıb.
Netanyahu həmçinin İŞİD və İranın nüvə proqramı məsələlərinə də toxunub: "İŞİD və Həmas eyni zəhərli ağacın budaqlarıdır".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.