banner
banner

İdman

Yunis Hüseynov üçün 200

Yunis Hüseynov üçün 200

Azərbaycan Premyer Liqasının XIV turunun “Zirə” ilə oyunu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun 200-cü qarşılaşması olub.

Məşqçilik karyerasında 3 klubda çalışan mütəxəssis Premyer Liqa oyunlarında “Karvan”ı 152, “Standard”ı 13, “Xəzər Lənkəran”ı 35 qarşılaşmaya çıxarıb. 
Bu görüşlərdə onun futbolçuları 78 qələbə qazanıb, 52 heç-heçə edib və 70 dəfə uduzub. Onun rəhbərlik etdiyi komandalar 261 qol vurub, 206-nı buraxıb. Hüseynov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 9-cu baş məşqçidir. Onlardan ikisi – mütləq rekordun sahibi Qəhrəman Əliyev (381) və çempionatın ən titullu məşqçisi Ağasəlim Mircavadov (343) 300-ü də arxada qoyub. Kazbek Tuayev, Mehman Allahverdiyev, Əsgər Abdullayev, Vaqif Sadıqov, Qurban Qurbanov, həmçinin legioner məşqçilər arasında rekordçu olan Kaxaber Sxadadze də Premyer Liqada 200-də çox matça “sükan arxasında” olublar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO

Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib. Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır. Şahanə Rəhimli Musavat.com