banner
banner

İdman

939 gündən sonra

939 gündən sonra

“Neftçi” “Qarabağ”la oyunlardakı uğursuz seriyaya son qoyub.

Ardıcıl 9 qarşılaşmada rəqibini məğlub edə bilməyən “ağ-qaralar” Azərbaycan Premyer Liqasının XIV turunun görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bakılılar sonuncu dəfə 2012/13 mövsümünün IV dövrəsində Ağdam klubuna qalib gəlmişdi. 2013-cü il mayın 4-də səfərdə 2:1 hesabı ilə qələbə qazanan “Neftçi” növbəti uğurunu 939 gün gözləməli olub. Bu müddətdə keçirilən 9 qarşılaşmadan 5-də “Qarabağ” qalib gəlib, 4-də heç-heçə qeydə alınıb. 939 gün əvvəl səfərdə 3 xal əldə edən “Neftçi” “Qarabağ”la oyunlarda son ev qələbəsini 1309 gün əvvəl - 2012-ci il aprelin 29-da qazanmışdı. 2:1 hesablı həmin uğurdan sonra “ağ-qaralar” öz meydanında cəmi 1 xal əldə etmişdi.

Qeyd edək ki, “Neftçi” ilə oyunlarda 3-cü dəfə 9 oyunluq məğlubiyyətsizlik yaşayan “Qarabağ” bu dəfə də uduzmasaydı, bakılıların antirkordu təkrarlanacaqdı. Belə ki, “ağ-qaralar”ın eyni rəqiblə qarşılaşmalardakı ən uzun qələbəsiz oyunlar seriyası 10-a bərabərdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO

Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib. Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır. Şahanə Rəhimli Musavat.com