Yunanıstan Futbol Federasiyasının İntizam Komitəsi "Panatinaikos"a sərt cəza tətbiq edib.
Buna noyabrın 21-i "Oimpiakos"la oynanılması planlaşdırılan qarşılaşmanın komandanın azarkeşlərinin etdiyi hərəkətlər səbəbindən təxirə salınması səbəb olub. Baş verənlərə görə "Panatinaikos"un 3 xalı silinib və 4 oyun azarkeşsiz oynamaq cəzası verilib. Bundan başqa Yunanıstan klubu 190 min avro məbləğində cərimələnib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.