banner
banner

Gündəm

Xəzərdə nüvə silahı? RUSİYA GƏMİLƏRİ TƏLİMDƏ

Xəzərdə nüvə silahı?

Rusiyanın Xəzər donanmasının üç raket gəmisi - “Qrad Sviyajsk”, “Uqliç” və “Velikiy Ustyuq” təlimlər keçirmək üçün açıq dənizə çıxıblar.

Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidməti gəmilərin düşmən tərəfindən kütləvi qırğın silahının tətbiqi zamanı qarşılıqlı fəaliyyət taktikasını sınaqdan keçirəcəklərini bildirir.

Təlimlərin ssenarisinə görə, gəmilər dənizin kütləvi qırğın silahının tətbiqi nəticəsində çirklənmiş sahəsini maksimal sürətlə keçməlidir. Bu zaman gəmilərin heyəti düşmənin radiasion, kimyəvi və bioloji hücumlarından müdafiə də olunmalıdır.

Təlimlərin gedişində dənizçilər hərəkət halında təchizat gəmilərindən yanacaq və yüklərin götürülməsini də sınaqdan keçirəcəklər. Habelə gəmilərin qarşısında Rusiyanın Xəzər dənizi rayonunda iqtisadi fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə dair digər vəzifələr də qoyulub.

Hərbi təlimlərin gedişində gəmilər Xəzər dənizində 2 min mil məsafə qət edəcəklər.

Rusiyanın Xəzər donanmasının flaqmanı olan “Dağıstan” raket gəmisi bu təlimlərdə iştirak etmir. Ancaq gəmi gələn il Azərbaycan və Qazaxıstan hərbçilərinin də iştirakı ilə keçiriləcək “Qafqaz-2016” təlimlərində iştirak edəcək. Təlim çərçivəsində “Dağıstan” Bakıya da yan alacaq.

Xatırladaq ki, Rusiya Xəzər donanmasından Suriya əməliyyatlarında iştirak edir. Donanmanın gəmilərindən iki dəfə Suriyadakı hədəflərə qanadlı raketlərlə zərbələr endirilib.

Lakin indi Rusiyanın Xəzər donanmasının gəmilərinin şərti düşmənin kütləvi qırğın silahı tətbiqinə qarşı təlimlərə çıxarılması bir qədər anlaşılmaz görünür. Çünki Xəzər dənizində kütləvi qırğın silahı tətbiq edə biləcək şərti düşməni təsəvvür etmək çətindir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.