banner
banner

Sosİal

Avtobus sürücülərinə qarşı sərt qaydalar qüvvəyə mindi

Avtobus sürücülərinə qarşı sərt qaydalar qüvvəyə mindi
Dünəndən etibarən ictimai nəqliyyatdan istifadə qaydalarının pozulmasına görə məsuliyyəti sərtləşdirən qaydalar qüvvəyə minib. Milli Məclisin 20 oktyabr tarixdə qəbul etdiyi İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər həm avtobus sahiblərinin (şirkətlərin, onların vəzifəli şəxslərinin, fərdi sahibkarların), həm də avtobus sürücülərinin məsuliyyətini xeyli sərtləşdirir. 

Ekspert Ərşad Hüseynov bildirdi ki, qanunlara riayət edilərsə, müsbət dəyişikliklər çox olacaq: “Edilən dəyişikliklərdə əsas məsələ ictimai nəqliyyata aiddir. Qanun qəbul edilə bilər, ancaq əsas məsələ buna necə əməl etməkdən asılıdır. Obyektiv yanaşılsa, heç kimə güzəşt edilməsə, fərq qoyulmadan qaydanı pozan hər bir kəs məsuliyyətə cəlb olunarsa, o zaman məhz  bu sahədə radikal dəyişiklik olacaq. Reydlər keçirilir, baxırıq ki, hər on sürücüdən 3-4-ü sürücülük hüququ olmayan şəxslər olur. Yaxud da  reyd zamanı məlum olur ki, içərisində 10-dan çox insan olan avtobusun sürücüsü narkomandır. Hesab edirəm ki, qanunun sərtləşdirilməsi dövlət rəhbərliyinin  sərnişindaşıma ilə məşğul olan şirkətlərə və digər məsul şəxslərə bir mesajıdır ki, bundan sonra başqa cür olacaq. Dəyişikliyin 90 faizi ictimai nəqliyyata aiddir”.
 
Yeni dəyişikliklər isə aşağıdakılardır:
 
1. Bundan sonra sərnişin avtobuslarının və yük daşımalarını yerinə yetirən yük avtomobillərinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə şirkətlər 2000 manatdan 2500 manatadək miqdarda, fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri isə 500 manatdan 800  manatadək miqdarda cərimə ediləcək. Əvvəllər yalnız tibbi müayinə təşkil etməməyə görə müvafiq olaraq 150-200 və 40-50 manat cərimə nəzərdə tutulurdu.
2. Avtobusu idarə etmək hüququ olmadan onu sərnişin daşımaqla idarə edən şəxs birbaşa olara 15 gündən 1 ayadək müddətə inzibati həbs olunacaq (əvvəllər buna görə 100 manat cərimə var idi).

3. Avtobusu idarə etmək hüququ olan şəxs tərəfindən onu sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs olunacaq (əvvəllər buna görə 300 manat cərimə və ya 6 aydan 1 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmə hüquqnun məhdudlaşdırılması tətbiq olunurdu).

4. Avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər (avtobusun rəsmi sürücüləri) 200 manat miqdarında, vəzifəli şəxslər (fərdi sahibkarlar və və ya şirkətin məsul şəxsləri) 500 manat miqdarında, hüquqi şəxslər 3000 manat miqdarında cərimə ediləcək (əvvəllər bunun cəriməsi müvafiq olaraq 60, 200 və 2000 manat idi).

5. Avtobusun sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan, yaxud həm sərxoş olan, həm də onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə  də cərimə məbləği bir neçə dəfə artır.

6. Avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan  və ya sərxoş vəziyyətdə olan, yaxud həm sərxoş olan, həm də onu idarə etmək hüququ olmayan şəxsə verilməsindən sonra baş vermiş qəza nəticəsində zərərçəkənə fiziki zərər və ya maddi ziyan dəydikdə avtobus sahibi olan şirkətə və ya fərdi sahibkara, yaxud şirkətin məsul şəxsi üçün külli miqdarda cərimə müəyyən olunur. Məsələn, avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan və sərxoş olan şəxsə verilməsindən sonra belə qəza baş verərsə, avtobusun sahibi olan fərdi sahibkar 2500 manat miqdarında cərimə ediləcək, yaxud 1 aydan 2 ayadək müddətə inzibati həbs olunacaq, hüquqi şəxslər isə 15000 manat miqdarında cərimə ediləcək.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.