banner
banner

Gündəm

Azərbaycanda Aşura ilə bağlı qadağalar...

Azərbaycanda Aşura ilə bağlı qadağalar...

Azərbaycanda Aşura mərasimləri zamanı müxtəlif tamaşalar qadağan olunacaq.

Bu fikir Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuğluğu komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin dini ekstremizlə bağlı qanun layihələrinin müzakirəsi zamanı səslənirilib. İclasda çıxış edən Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib ki, bu gün Azərbaycanda 2166 məscid var. Onun sözlərinə görə, hazırda 3 min Azərbaycan gənci xaricdə dini təhsil alır: “Azərbaycana qayıdandan sonra xaricdə dini təhsil almış gənclər o ölkələrin dini adət-ənələrini də təbliğ etməyə başlayırlar. Bu da cəmiyyətimizdə ciddi fikir ayrılığı yaradır. Yəni, tək aldıqları dini təhsili yox, həmin xarici ölkələrin dini adətlərini də təbliğ edirlər. Bu da qanundakı boşluqdan irəli gəlir. Buna baxmayaraq, xaricdə təhsil almaq azaddır ”.

Komitə sədrinin müavini onu da qeyd edib ki, məhz qanundakı boşluqlar nəticəsində müxtəlif dini tamaşalar göstərilir: "Məsələn, Aşura mərasimi Azərbaycanda islamın ümusmi prinsipləri ilə keçirilir. Buna baxmayaraq, məhz qanundakı boşluqlarla əlaqədar bu dini mərasim zamanı dini tamaşalar göstərilir. Buna yol verilməməlidir. Eyni zamanda, Aşura keçirilən yerlərə müxtəlif rəngli, qara və qırmızı rəngli bayraqlar gətirilir. Dini mərasimlərin keçirilməsi azad olsa da, bu mərasimlərdə müxtəlif atributlar olmamalıdır”.


G . İsmayılov Dövlət Komitəsinin təklifini də açıqlayıb: “Təklif edirik ki, yalnız din xadimlərinə dini mərasimlərə dini atributların gətirilməsinə icazə verilsin. Qanunda dini atributlarla bağlı qadağa tətbiq olunacaqsa, bu zaman din xadimləri istisna edilsin”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsində əsasən dini mərasimlər din xadimləri tərəfindən keçiriləcək. Eyni zamanda, qanun layihəsində dini mərasimlər zamanı müxtəlif tamaşaların göstərilməsi də qadağan edilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.