Səhiyyə naziri Oqtay Şirəliyev Şirvan-Müalicə Diaqnostika mərkəzində vətəndaşları qəbul edəcək.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin nəzərdə tutulan 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev 2014-cü il, dekabrın 5-də, saat 11:00-da Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Saatlı və Kürdəmir rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Şirvan-Müalicə Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilər
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.