Mahnı Teatrında Gənclərin Yaradıcılıq Festivalı keçiriləcək. Dekabrın 8-də baş tutacaq festivalın təşkilatçısı Gənclər və İdman Nazirliyidir. Tədbir Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilib. Yaradıcılıq Festivalında İntiqam Soltanın rəhbərlik etdiyi Uşaq Teatrının kollektivi də iştirak edəcək. Teatr gənclərin həyatından, cəmiyyətdə baş verən hadisələrə gənclərin münasibətindən bəhs edən tamaşanı festival iştirakçılarına təqdim edəcək.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bir neçə gün öncə idman zalında infarkt keçirərək vəfat edib. Onun ölümü aktyorun pərəstişkarları və ictimaiyyət arasında hüzünlə qarşılanıb.
"Akademik Milli Dram Teatrının adı bədii rəhbər Mehriban Ələkbərzadənin İstanbul Şəhər Teatrlarına qarşı səsləndirdiyi iftiralara görə, İstanbul Mekan Tiyatro Beynəlxalq Teatr Festivalının komitəsindən çıxarılıb".