banner
banner

Sosİal

Nardaranda sabitlikdir, amma camaat soyuqdan donur

Nardaranda sabitlikdir, amma camaat soyuqdan donur
Nardaranda siyasi sabitlikdir. Daxili Qoşunlar və polis kəndə nəzarət edir. FHN polis və əsgərlər üçün çadırlar qurub.
 
Cia.az Musavat.com-a istinadən xəbər verir ki, kəndə giriş çıxış hələ də polis nəzarətində saxlanılır.
 
Kəndə qaz və işıq hələ ki verilməyib. Kənd ağsaqqalı Natiq Kərimov musavat.com-a bildirib ki, hazırda kənddə "Azəriqaz"ın əməkdaşları işləyir. Qaz boruları və sayğaclar yoxlanılır, təmir edilir. Lakin təbii qazın nə vaxt veriləcəyi bilinmir.
 
N.Kərimov deyir ki, kənddə camaatın yaşayışı həddən artıq çətindir: "Qaz yox, işıq yox. Təsəvvür edin bu havada insanlar nə əziyyət çəkir. Körpəsi, qocası, yataq xəstəsi olanlar var".
 
Qeyd edək ki, noyabrın 26-da Nardaranda polislə "Müsəlman birliyi" təşkilatının üzvləri arasında silahlı qarşldurma olub. Qarşıdurmada 2 polis əməkdaşı və 5 dindar dünyasını dəyişib. Kənd sakinləri postlar quraraq bir neçə gün etiraz aksiyası keçirib. Dekabrın 1-dən isə hüquq-mühafizə orqanları kənddə xüsusi əməliyyat keçirilir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.