Rusiyanın “Qolos” səs yarışmasının iştirakçısı Nərgiz Zakirovanın dekabrın 6-da Bakıda planlaşdırılan konserti təxirə salınıb. Buna səbəb “Günəşli” yatağında baş verən qəza olub. Bu haqda N.Zakirova sosial şəbəkədə yazıb: “Mənim sevimli insanlarım! Bu hadisədən çox üzüldüm. Hazırda bizimlə birlikdə bu dünyada olmayanlara rəhmət, ailələrinə başsağlığı diləyirəm. Ümid ediəm ki, itən insanlar tapılacaq. Allah sizi qorusun. Azərbaycanda matəm günü elan olunması ilə əlaqədar konsertimiz təxirə salındı. Bakıdakı sevənlərimlə dekabın 23-də görüşəcəyik”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.