banner
banner

Gündəm

“Günəşli”dəki hadisəni kamikadze törədib?

“Günəşli”dəki hadisəni kamikadze törədib?
“Günəşli” yatağında baş verən faciəvi yanğın hadisəsinin səbəbləri barədə müxtəlif fikirlər səsləndirilir; Söylənilənlər arasında hadisənin kamikadzelər tərəfindən törədilməsi  ilə bağlı iddialar  da var .
Baş verən hadisədə kamikadze izi axtarmaq nə qədər doğrudur?
Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayıl musavat.com-a açıqlama verib. 
O bildirib ki, hadisənin terror olmasının ehtimalı çox azdır “Kamikadzelər hansısa terror hadisəsini törədirlərsə, həmin şəxsləri göndərən terror təşkilatı bu barədə açıqlama verir. Deyirlər ki, kamikadzeləri hadisəni törətmək üçün filan məsələyə görə biz göndərmişik. Burada isə kamikazde söhbəti sadəcə olaraq fantaziyadır. Digər bir ehtimal da var ki, Xəzər ətrafında hansısa bir dövlət hava haqqında məlumatı öncədən bildiyi üçün kimisə dalğıc kimi göndərə bilər. Həmin şəxslər də  platformaya mina qoyub gedə bilərlər. Bu da elə fantaziyaya yaxın bir şeydir, amma versiyalardan biridir. Ümumiyyətlə, terror  məsələsi bu hadisədə çox aşağı plandadır. Kamikadze ehtimalı da həmçinin”.
İ.İsmayıl bildirib ki, adətən terror hadisələrini fanatik dindarlar törədir: “Bu işləri adətən fanatik dindarlar edir. Onlar da terror törətmək istəsələr çətin şəraitə, dənizə getməyə nə ehtiyac var? İnsanların çox olduğu yerdə partlayış törədərdilər. “Günəşli”də baş verən faciəvi hadisədə sadəcə olaraq səhlənkarlıq var. Hava haqqında məlumat əvvəlcədən hər kəsə məlum idi. Belə olan halda təxminən beş struktur gücləndirilmiş iş rejiminə keçməli idi.  Onlar isə bu işi görməyiblər. Orada növbətçilər saxlamaq lazım idi. Yoxsa qazmaçılar, tikinti ilə məşğul olanları həmin şəraitdə orada saxlamağa gərək yox idi. Minimum adam saxlamaq və onların da təhlükəsizliyinə zəmanət verilmək lazım idi. Adicə, digər şirkətlər öz işçilərini zamanında sahilə göndəriblər. Düşünüblər ki, belə bir hadisə baş verə bilər. Hadisə baş verən platformada isə qeyd etdiyim kimi səlhənkarlıq olub. Bunu isə kimin üstünə yıxacaqlar özləri bilərlər”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.