banner
banner

Gündəm

İcra başçısı qalmaqallı şəklini saytdan çıxardı

İcra başçısı qalmaqallı şəklini saytdan çıxardı

Xəbər verdiyimiz kimi, Salyan rayonunun icra başçısı Taahir Kərimov öz qalmaqallaı fotolarını rayon icra hakimiyyətinin (RİH) rəsmi saytında yerləşdirmişdi.

İcra başçısı həmin fotoda Qədim Roma imperatoru Neronu xatırladır. T.Kərimov üz-üzə dayanan yuxarı sinif şagirdlərinin arası ilə addımlayır, məktəblilər isə onu qızılgüllərlə qarşılayır. Qədim Romada adətən imperatorları belə qarşılayardılar.

Virtualaz.org saytının xəbər verdiyi kimi, bu foto bloggerlər tərəfindən aşkarlanan kimi sosial şəbəkələrdə yayıldı və ictimai qınaq doğurdu.

Salyan RİH də məsələyə reaksiya verməyə məcbur olub. T.Kərimovun müavini Rəşad Cəbrayılov şefinin bu fotolarının ictimailəşdirilməsini “şantaj və təxribat” adlandırıb.

R.Cəbrayılovun bildirib ki, bu foto 2014-cü ildə jeçirilmiş gül bayramındakı gül kompozisiyalarının birini əks etdirir: “Bəzi adamlar bunu qəsdən yayıblar. Bu, şantaj və iftiradır”.

R.Cəbrayılovun sözlərinə görə, salyanlı məktəblilər sevimli icra başçısını belə qarşılamaq qərarını özləri veriblər.

Salyanlı məmurların məntiqindən belə çıxır ki, sadəcə gül kompozisiyasını əks etdirən bu fotoşəkildə biabırçı heç nə yoxdur.

Amma məmurların səmimiyyətinə inanmaq çətindir. Ona görə ki, foto ətrafında qalmaqal başlayan kimi həmin fotonu RİH-in saytından siliblər. Burada ayıb və qəbahət yox idisə, niyə silirdilər?!

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.