“Son günlər xaricdən idarə olunan bəzi dini təyinatlı saytlarda Azərbaycanda dini durum, qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı həqiqətə uyğun olmayan müxtəlif fikirlər yayılır.
Məlumatlarda ölkəmizdə guya dini etiqad azadlığının məhdudlaşdırılması, dini mərasimlərin keçirilməsinin qarşısının alınması, hətta Aşura mərasiminin qadağan edilməsi, dindarlara qarşı təzyiq göstərilməsi və digər həqiqətə uyğun olmayan məsələlər haqqında danışılır. Təəssüflə qeyd etmək istəyirik ki, bəzi hallarda bu həqiqətdən uzaq informasiyalar dövlət məmurlarının, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin adından yayılır”.
Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin yaydığı açıqlamada yer alıb.
Bəyanatda vurğulanıb ki, cəmiyyətdə, xüsusən dindarlar arasında bu cür şaiyələrin yayılması ölkədə dövlət-din münasibətlərinə kölgə salmağa, insanlar arasında çaşqınlıq yaratmağa və dindarlarda dövlətə qarşı mənfi rəy formalaşdırmağa yönəlmiş uğursuz cəhddən başqa bir şey deyil: “Bildiririk ki, son günlərdə Milli Məclisin qəbul etdiyi qanunlar, mövcud qanunvericiliyə edilən dəyişikliklər heç bir halda ölkədə dini etiqad azadlığının məhdudlaşdırılmasına yönəlməyib. Eyni zamanda, ölkəmizdə dini mərasimlərin, o cümlədən Aşura mərasimlərinin keçirilməsinin qadağan olunması barədə söylənən fikirlərin heç bir əsası yoxdur. Hər il olduğu kimi, bu il də Aşura və ərbəin mərasimləri məscidlərdə qeyd olunub və gələcəkdə də qeyd ediləcək. Ölkəmizdə dini etiqad azadlığı dövlətin təminatı altındadır və dinindən asılı olmayaraq hər bir vətəndaşın hüququ qorunur”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.