Dekabrın 3-də Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi çərçivəsində məktəb direktorlarının təqdimatlarının dinlənilməsinə başlanılıb.
CİA.AZ-ın Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq, “2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə əsasən keçirilir.
Müsabiqələrin ilk mərhələsində təqdim edilmiş sənədlər yoxlanılıb və 61 məktəb, həmçinin 131 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb. Qeyd edək ki, müsabiqədə iştirak üçün 94 ümumtəhsil məktəbi və 296 müəllim müraciət edib.
“Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsində müəllimlərin Bakı şəhərinin seçilmiş məktəblərində nümunə dərsləri təşkil olunacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.