Model Şəbnəm Şaefer ərə getməyə hazırlaşdığı Murat Kadıoğludan ayrılıb. Uzun müddətdir iş adamı ilə sevgili olan Şəbnəm xəbəri sosial şəbəkədən verib: "Murat Kadıoğlu ilə yollarımızı ayırmağa qərar verdik. Yollarımız açıq olsun". Qeyd edək ki, cütlük bir müddət əvvəl nişanlanmışdı. Oktyabrın 24-də baş tutacaq toylarını M.Kadıoğlunun səhhətinin pisləşməsinə görə təxirə salmışdılar. Hazırda da onlar toy hazırlıqları dövründə idilər.
Xatırladaq ki, Murar aparıcı həyat yoldaşı Simge Tertemizdən qalmaqallı şəkildə boşanmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.