Mətanətin 2-ci ərindən şok ittiham - “Mənə xəyanət edib...”
ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın bir müddət əvvəl ayrıldığı ikinci həyat yoldaşı açıqlama verib.
Cia.az xəbər verir ki, axşam.az-ın müxbiri ilə söhbətində adının tam açıqlanmasını istəməyən M. aparıcı ilə heç vaxt rəsmi nikahda olmadığını bildirib:
“Mənim birinci ailəm, övladlarım var. Biz Mətanətlə vətəndaş nikahında yaşamışıq. 15 ildir birlikdəyik, 7 yaşında bir övladımız da var. Mənim əsas ailəmin olmasından Mətanətin xəbəri var idi. Ayrılmağımıza səbəb isə onun mənə xəyanəti olub. Mətanət Əliverdiyeva mənə xəyanət edib. Telefonunda başqası ilə sevgi mesajlaşmalarını görmüşəm. Özündən 14 yaş kiçik jurnalistlə... Özünə deyəndə isə cavabı “Sən mənə lazımi qədər vaxt ayırmadın” olub. Hazırda telefonu və mesajları mənim əlimdədir. Yazışdığı şəxsi də tanıyıram. Çox sözləri danışa bilmirəm. Övladımın anasıdır. Mən heç vaxt ona xəyanət etməmişəm. Hər kişinin həyatında ikinci xanım ola bilər. Sevgimi onda tapdım. Hərbiçi olmuşam, ciddi insanam. Mən heç nəyi yalan danışmıram. Mən hərbidə olanda bir gün onu nəzarətdən kənarda saxlamamışam. Onun heç bir çətinliyi olmayıb. Bu hadisə mənim üçün çox çətindir. Dünən Zaurun verilişinə (“Bizimləsən” verilişi, aparıcı Zaur Baxşəliyev – red.) canlı efirə qoşulmaq istədim, zəng vurdum, efirə bağlamadılar".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.