banner
banner

Hərbİ

Bakıda hərbi həkimlərdən ilk

Bakıda hərbi həkimlərdən ilk

Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək Damar Mərkəzində dünyada ilk dəfə unikal əməliyyat həyata keçirilib.

APA-nın məlumatına görə, bu barədə Mərkəzin rəisi, uzman doktor Anar Əmrah bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

A. Əmrahın sözlərinə görə, kəsin miokard infarktı ilə noyabrın 15-də müraciət etmiş Şahin Qurbanov adlı xəstədə təcili angioqrafiya nəticəsində ektazik – yəni genişlənmiş tac ana damarın tamamilə trombla tutulması aşkarlanıb: "Xəstəyə ənənəvi metodlarla balon müdaxiləsi və trombolitik dərmanların tətbiqinə baxmayaraq, nəticə əldə olunmadı. Xəstənin damarının genişliyi normadan 6 dəfə geniş idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateterlə, gücləndirilmiş ultrasəs dalğaları ilə trombolizis bu xəstəyə uyğun olduğu üçün dünyada ilk dəfə tac arteriyasına tətbiq etdik və uğurlu nəticə aldıq".

Həkim onu da qeyd edib ki, 12 saatlıq müalicədən sonra damarlara təkrar angiooqraıfiya ilə baxılıb və tromb ilə tutulmuş damarın tamamilə açılması görünüb. Klinik olaraq xəstədə sürətli yaxşılaşma müşahidə edilib və kafi vəziyyətdə evinə yazılıb.

"Çox sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər imza atıblar. Əminliklə deyə bilərik ki, Hərbi Hospitalımız öz tibbi təminatı və kadrları ilə hər cür xəstə və yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərmək iqtidarındadır", - deyə A. Əmrah vurğulayıb.

Mərkəz rəisi onu da vurğulayıb ki, noyabrın 8-də Ürək Mərkəzində Azərbaycanda ilk dəfə daha bir əməliyyat icra olunub. Əməliyyat 73 yaşında ciddi aort qapaq darlığı ilə ürəyin artım frakssiyası 25% olan xəstədə, bud arteriyasından girilərək anesteziya verilmədən, kateter ilə döş qəfəsi açılmadan, aort qapağın yerləşdirilməsi həyata keçirilib. Aparılan uğurlu əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.