Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu vəziyyətin eskalasiyasına gətirib çıxara biləcək əsas faktordur.
CİA.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən iclasındakı çıxışında deyib.
Nazir bildirib ki, Soçi, Uels və Paris görüşündə müəyyən irəliləyişlərə ümid yaranmış, danışıqlarda pozitiv məqamların görünməsinə başlanmışdı:
“Lakin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərində təxribat xarakterli və irimiqyaslı hərbi təlimlərə başlaması həmsədrlərin tərəflər arasında etimad mühiti yaratmaq cəhdlərinə zərbə vurmuş oldu.
Ermənistan rəhbərliyi anlamalıdır ki, müharibə vaxtı əldə olunan “status-kvo”ya arxayın olmaq olmaz. Biz dəfələrlə bildirmişik ki, sülh sazişinin hazırlanmasına başlamağa hazırıq. Lakin qarşı tərəf də vəziyyətin konsolidasiyasına hazır olmalıdır”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.