Fransanın keçmiş prezidenti Jak Şirak tibbi baxış üçün xəstəxanaya aparılıb.
83 yaşlı siyasətçinin qızı Klod Şirak atasının sağlamlığı üçün heç bir təhlükənin olmadığını bildirib: “Atam sadəcə son günlərdə özündə zəiflik hiss etdiyindən tam tibbi müayinədən keçmək üçün xəstəxanaya yatırılıb. O, bir neçə gün xəstəxanada qalacaq”.
Xatırladaq ki, Jak Şirak 1995-ci ildən 2007-ci ilə qədər Fransanın 22-ci prezidenti olub. Şirak hakimiyyətdə olduğu dövrdə prezident səlahiyyətinin müddəti 7 ildən 5 ilə endirilib.
Ümumilikdə, Şirak Yelisey sarayında 12 il keçirib, bununla da o, 14 il prezident olan Fransua Mitterandan sonra uzun müddət prezident olan ikinci şəxsdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.