ANS-in aparıcısı Elgiz Əkbər ata olacaq. Cia.az-ın məlumatına görə, lent.az-a açıqlama verən aparıcı xəbəri təsdiqləyib: “Bəli, ata olacam. Allah övladı olmayanlara da nəsib etsin. Şəxsi həyatım barədə çox danışmaq istəmirəm. Sadəcə, məlumatın dəqiq olduğunu deyə bilərəm”. Xatırladaq ki, aparıcının yanvar ayında övladı dünyaya gələcək. Qeyd edək ki, E.Əkbər bu ilin mayın 9-da Əsmər adlı xanımla ailə qurub. Aparıcı toyunu mediaya qapalı etmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.