Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə uşaqların daha erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsindən narahatlığını bildirib.
CİA.Az Trend-ə istinadən xəbər verir ki, M.Cabbarov bu gün Bakıda keçirilən “Elektron hökumətin qurulması problemləri” mövzusunda ilk elmi-praktiki konfransda çıxışı zamanı deyib ki, bir çox ölkələrdə, hətta təhsil sistemi inkişaf etmiş ölkələrdə belə, sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyəti tətbiq edilir. Uşaqlar adətən 12 yaşdan sonra sosial şəbəkələrə qoşula bilirlər.
Nazirin sözlərinə görə, Azərbaycanda gənc nəsillərin sosial şəbəkələrdən istifadə etməsinin müsbət tərəfləri olsa da, bəzilərinin daha erkən yaşlarda - uşaq psixologiyası formalaşmadan sosial şəbəklərə qoşulması narahatedici haldır.
M.Cabbarov bu məsələ ilə bağlı cəmiyyət və ailələrin üzərinə də müəyyən işlərin düşdüyünü nəzərə çatdırıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.