“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təyinatlar olub
Prezident İlham Əliyev Zamiq İsmayılovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Zamiq Ömər oğlu İsmayılov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.
Cəbrayıl İdris oğlu Mahmudlu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin olunub.
Qeyd edək ki, Zamiq Ömər oğlu İsmayılov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Dəniz Yolları Məktəbini texnik-gəmi sürücüsü ixtisası üzrə bitirib. 2007-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya (beynəlxalq ticarət) ixtisası üzrə bakalavr, 2011-2012-ci illərdə Dünya Dənizçilik Universitetinin Gəmiçilik və liman idarəçiliyi fakültəsini bitirərək magistr ali elmi-ixtisas dərəcəsi alıb. Əmək fəaliyyətinə 1997-ci ildə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlamışdır.
2000-ci ildən BUE Caspian Limited şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən “Ran Shipping” və “Hilal Shippinğ” şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən Maersk Contractors Servisez şirkətində əməliyyat menecerinin köməkçisi, 2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışıb. 2013-cü ildən London Gəmi Brokerləri İnstitutunun üzvüdür. Evlidir, 3 övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cəbrayıl İdris oğlu Mahmudlu isə 1966-cı ildə Yardımlı rayonunun Qabağdibi kəndində anadan olub. 1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İnstitutunun Bakı filialını, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1984-1986-cı illərdə Sovet ordusu sıralarında xidmət edib. Əmək fəaliyyətinə 1983-cü ildə Engels adına sovxozda fəhlə kimi başlayıb.
1990-cı ildən “28 May” NQÇİ-də maliyyə işləri üzrə iqtisadçı, baş mühasibin müavini, baş mühasib, 1994-cü ildən “Qum adası” NQÇİ-də baş mühasib,1995-ci ildən DNQÇ İstehsalat Birliyində nəzarət-təftiş şöbəsinin rəisi, 1997-ci ildən “Xəzərdənizneftdonanma” İdarəsində iqtisadiyyat üzrə rəis müavini, 2008-ci ildən Kompleks Qazma İşləri Trestində ümumi məsələlər üzrə rəis müavini, 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində sədrin baş müşaviri vəzifələrində çalışıb. Evlidir, 3 övladı var.Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.