Aktyor Saruhan Hünelin onu döyməsi iddiaları ilə gündəmə gələn jurnalist Edda Sönmez yeni açıqlamalar verib. Edda aktyorun onu pul üçün döydüyünü iddia edib: "Başa düşdüm ki, Saruhan məni sevmirmiş. Qısqanclıqlarıda sevgi üçün yox, maddi istəklərinə görə imiş. Məndən 200 min lirə istədi. Əvvəlcə verəcəyimi dedim. Sonra vermədiyim üçün məni döydü. 5 aydır qaldığı evin pulunu ödəyə bilmir. Buna görə də məndən borc istəmişdi".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.