banner
banner

Şou

Samirə xərçəng xəstəsi olduğunu etiraf etdi

Samirə xərçəng xəstəsi olduğunu etiraf etdi

Aşıq Samirə Əliyeva xərçəng xəstəliyinə tutulduğunu etiraf edib.
“Onlar”a açıqlama verən ifaçı xəstəlikdən qurtulduğunu deyib: 
“Əslində ölümdən qorxan adam deyiləm. Təkcə qızımdan narahat idim. Ölüm qaşla-göz arasındadır. Bu xəstəliyim 7-8 il əvvəl olmuşdu. Şükür olsun ki, yaxşı həkimlərin əlinə düşdüm. Allahın möcüzəsi var, məsləhət biləndə yaşadır. Allaha deyirdim ki, mənə möhlət ver, bundan sonra həyatı necə sevmək lazımdır mən bilərəm. Pul, var-dövlət haqda daha düşünməyəcəyəm. Ölümün caynağından qurtulandan sonra bir daha başa düşdüm ki, həyat necə şirindir. Həkimə hər kəsdən gizli getmişdim. Niyə getdiyimi heç kimə deməmişdim. Hətta mən bir az gecikmişdim. Amma möcüzə oldu. Ondan sonra mən ikinci həyatımı qurdum”. 
İkinci dəfə ailə həyatına son qoyan müğənni onu qınayanlara cavab verib:
 
“Samirə son zamanlar özünə yaman baxır” deyənlərə üzümü tutub deyirəm: Allah heç kimə xəstəlik, dərd, kədər göstərməsin. Onları çəkən bilir ki, sağlam həyat nədir. Canımın qədrini bilmədiyimi anlamışam. İndi öz qədrimi bilirəm. “Eşqə düşmüşəm, kimə görəsə oxuyuram” kimi şayiələrə ehtiyac yoxdur. Yaşadıqca həyatın, sağlamlığımın qədrini bilməyə başlamışam”. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.