“Bir xal yaxşı nəticədir” – “Zirə”nin baş məşqçisi
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə "Qarabağ"la qolsuz bərabərə qaldıqların oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın komanda.az-a istinadən yaydığı xəbərə görə, Şükürov belə danışıb:
- Ağır oyun oldu. Rəqib haqda əlavə söz deməyə ehtiyac yoxdur. 1 xal qazandıq.
- Oyundan öncə 1 xala razı idiz?
- Biz bu oyuna 3 xal üçün çıxmışdıq. Ancaq oyuna nəzər saldıqda, 1 xal yaxşı nəticədir. Bu oyunda qalib gəlsəydik, 2-ci pilləyə qalxmaq şansımız var idi. Buna görə də, meydana qələbə üçün çıxmışdıq.
- İlk oyunda "Qarabağ"a 1:4 hesabıyla məğlub olmuşduz. Bu oyunda isə heç-heçə etdiz ilk oyunla müqayisədə "Qarabağ" daha zəif oynadı, yoxsa "Zirə" əvvəlkinə nisbətən artırıb?
- İlk oyunda məğlub olmağımıza səbəb açıq futbol oynamağımız idi. Məhz bunun nəticəsində böyük hesabla məğlub olmuşduq. Ancaq bu gün daha qapalı oyun sərgilədik. Nəticədə, 1 xal qazandıq
Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com
UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun hakimi Dmitri Kubriak Rusiya - Ukrayna müharibəsinin iştirakçısı olub.