banner
banner

İdman

Lam Almaniya millisinə qayıdacaqmı?

Lam Almaniya millisinə qayıdacaqmı?

Almaniya millisinin sabiq üzvü Filip Lam yenidən yığmaya qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan təcrübəli futbolçu Almaniya yığmasındakı vaxtın başa çatdığını deyib:

"Təəssüf ki, Almaniya millisinə qayıda bilməyəcəm. Yığmadakı vaxtım başa çatıb. Bundan sonra Bundestimin formasını yalnız bir azarkeş kimi geyinəcəm. 10 il yığmanın şərəfini qorudum və hər şey yaxşı alındı. Komandanın kapitanı oldum və bu il dünya kubokunu qazandım".

Qeyd edək ki, Lam "DÇ-2014"ün qalibi olduqdan sonra yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.