"Üzr istəmək, məsuliyyət daşıyanların cəzalandırılması və dəyən ziyanın ödənilməsi şərtləri təmin olunmazsa, Türkiyənin heç bir açıqlaması qəbul edilməyəcək".
Bunu Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Moskvanın Ankara ilə münasibətləri bərpa etməsi şərtlərindən danışarkən deyib.
Onun sözlərinə görə, vurulmuş Rusiya hərbi təyyarəsinə görə, xilasetmə işləri üçün əraziyə gələn helikopterdən enən rusiyalı pilot Alparslan Çelik adlı Türkiyə vətəndaşı tərəfindən vurulub.
Qeyd edək ki, noyabrın 24-də Rusiyanın döyüş təyyarəsi Türkiyənin sərhədini pozduğu üçün vurulub. Bundan sonra Moskva Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.