banner
banner

Sosİal

Nazirlikdən sərt xəbərdarlıq

Nazirlikdən sərt xəbərdarlıq

Bakıda sərnişin avotbuslarında gediş haqqları gələn ildən yalnız kartla ödəniləcək.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq on mindən çox kart satılıb.

“Düzü bu ilin sonuna qədər bu işləri yekunlaşdırmaq istəyirdik. Lakin bəzi texniki problemlər işləri gecikdirdi. Artıb gediş haqqların kartla ödənilməsi mexanizminə maraq artıb. Bu sahədə yaranan problemlər bu ilin sonuna qədər tam həll olunacaq”, - deyə Namiq Həsənov bildirib.

Nazirlik rəsmisi bəzi avtobuslarda quraşdırılan validatorların qırılması və çıxarılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu əməllər qanunaziddir. Buna görə, həmin avtobus xəttinə nəzarət edən sahibkar məsuliyyət daşıyır. Sahibkar hər bir xarab olan validatora görə ciddi şəkildə cəzalanacaq.

Bakı nəqliyyatında vahid ödəmə kartlarının tətbiq olunmasına münasibət bildirən Namiq Həsənov bu məsələnin də həll olunacağını deyib. Lakin Namiq Həsənov əvvəllər deyildiyi kimi, bir kartla həm metrodan, həm də avtobuslardan istifadə olunmasının hələlik qeyri-mümkün olduğunu bildirib.

“Həmin kartlarla gələcəkdə taksilərdə də ödəniş etmək mümkün olacaq. Lakin metroda həmin kartlardan istifadə mümkünsüzdür”, - deyə Namiq Həsənov bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.