“Ginnesin Rekordlar Kitabı”na düşən evlilik təklifi
Yaponiyada bir oğlan sevgilisinə maraqlı evlilik təklifi edib.
ANS PRESS-in məlumatına görə, Yaponiyada Yasuşi Takahaşi adlı bir oğlan evlənmək qərarı verdiyi qıza evlilik təklifi etmək uzun yol qət etməli olub. Belə ki, evlilik təklifi üçün bütün işini-gücünü bir kənara atan gənc, 6 ay ərzində 7 min kilometr məsafə qət edib.
Yaponiyanı başdan ayağa gəzən Yasuşi, GPS texnologiyası sayəsində getdiyi yerlər qeydə alınıb və bu texnologiya sayəsində olduqca maraqlı evlilik təklifinə imza atıb. Beləliklə, 6 ay boyunca 7000 kilometr qət edən oğlan, GPS sayəsində Yaponiya üzərinə “Marry Me” (evlən mənimlə) yazıb.
Qeyd edək ki, “Ginnesin Rekordlar Kitabı”na da adını yazdıran Takahaşinin evlilik təklifi, bu günə qədər GPS ilə edilən ən uzun yürüyüş olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.