Müğənni Gülbən Ərgən “Yıkıl karşımdan” mahnısına klip çəkdirib. Mahnının sözləri Gülbənin bu yaxınlarda barışdığı həmkarı Mustafa Sandala və xanımı Emina Sandala məxsusdur. Klipdə Mustafa da yer alıb. Qeyd edək ki, bu, G.Ərgənlə M.Sandalın ikinci birgə klipidir. Onlar daha əvvəl “Şıkır-şıkır” mahnısına klip çəkdirmiş, lakin daha sonra Gülbən mahnını albomuna solo ifada daxil etdiyi üçün məhkəməlik olmuşdular. Müğənnilər bu yaxınlarda Acun İlıcalının vasitəçiliyi ilə barışıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.