Bakının mərkəzində daha 1000 ev və obyekt söküləcək
Bakının yol-nəqliyyat infrastrukturunun yenilənməsi, nəqliyyat vasitələrinin azad və maneəsiz hərəkətini təmin etmək üçün "Azəryolservis" bir sıra layihələri həyata keçirir.
Day.az bildirir ki, belə layihələrdən biri də Bakının Yasamal rayonundakı Balababa Məcidov və Abdulla Şaiq küçələrinin rekonstruksiyasıdır. Layihə çərçivəsində küçələrin asfalt örtüyünün yenilənməsi ilə yanaşı, yüzlərlə obyekt və tikili söküləcək.
Hazırda enləri 8-9 metr olan küçələrin eni rekonstruksiyadan sonra 15 metrə bərabər olacaq. İnşaat zonasına düşən bütün yaşayış binaları və qeyri-yaşayış tikililərinin sökülməsi nəzərdə tutulub.
Proses artıq başlanıb. İşlərin nə zaman başa çatacağı bəlli deyil.
Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü işlərinin başlayacağı barədə sakinlərə aylar əvvəl yazılı xəbərdarlıq göndərilib. Sökülən evlərin sakinlərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək.
Kompensasiya evin və ya obyektin sənədlərinin olub-olmamasına rəğmən ödənir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.