banner
banner

Gündəm

Orxan Zeynalov Azərbaycana qaytarılır

Orxan Zeynalov Azərbaycana qaytarılır

2013-cü ildə Moskva ətrafında yerləşən Biryulyovo rayonunda Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində onu qətlə yetirməkdə ittiham olunaraq 17 il həbs cəzası alan Orxan Zeynalov Azərbaycana qaytarılacaq.

Bu barədə azvision.az-a açıqlamasında Orxan Zeynalovun atası Zahid Zeynalov məlumat verib.

O bildirib ki, Orxan Zeynalovun Azərbaycana ekstardisiya olunması üçün lazım olan bütün sənədlər Ədliyyə Nazirliyinə göndərilib, hazırda ekstradisiya ilə bağlı işlər davam etdirilir: “Biz Orxanla bağlı bütün sənədləri Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Abilov Adil Fazil oğluna göndərmişik. Hazırda Orxanın Azərbaycana qaytarılması ilə bağlı işlər davam etdirilir”.

Z.Zeynalov oğlu ilə görüşdüklərini bildirib: “Orxanla görüşmüşük. Səhhəti yaxşıdır. Yanvar ayında Orxana yenidən baş çəkəcəyik. Görüşə 3 aydan bir icazə verilir”.

Atası Orxan Zeynalovun tezliklə Azərbaycana ekstradisiya olunacağını bildirib: “Dövlət rəsmiləri ilə görüşüm zamanı mənə bildirilib ki, beynəlxalq qanunvericiliyə uyğun olaraq Orxanı Azərbaycana gətirəcəklər. Amma dəqiq vaxtını bilmirik. Gözləyirik”.

Qeyd edək ki, Orxan Zeynalov Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.