UEFA-dan Bakı "İnter"inə xəbərdarlıq: Borclar ödənilməsə...
UEFA-nın klubların maliyyə nəzarəti üzrə Arbitraj Palatası İnstansiyası Bakı "İnter"inə xəbərdarlıq edib.
Buna Azərbaycan təmsilçisinin UEFA-nın maliyyə “fair-pley” qaydaları çərçivəsində hərəkət etməməsi səbəb olub.
Artıq klub rəhbərliyi qarşısında 30 sentyabr 2015-ci ilə qədər olan bütün borcların 31 yanvar 2016-cı ilə qədər ödənilməsi şərti qoyulub. Həmin müddətə qədər "İnter" bütün borcların ödənilməsi ilə bağlı rəsmi sənədi UEFA-ya təqdim etməyəcəyi təqdirdə "bankirlər" 3 il avrokuboklardan kənarlaşdırılacaq. Artıq "İnter" 50 min avro məbləğində cərimə olunub.
Qeyd edək ki, analoji cəza ilə Ukraynanın "Dnepr", Rumıniyanın "Targu Mureş" və "Astra" klubları da üzləşib. Portuqaliyanın "Braqa" və Rumıniyanın "Botoşani" klubları isə müvafiq olaraq 15 min və 20 min avro cərimələnib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.