banner
banner

Dünya

Rusiyada 54 dərəcə şaxta qeydə alınıb

Rusiyada 54 dərəcə şaxta qeydə alınıb
Rusiyanın Maqadan vilayətində 54 dərəcə şaxta qeydə alınıb. APA-nın Rusiya bürosunun məlumata görə, kritik şaxtalı hava Maqadan vilayətinin bir neçə rayonunda müşahidə olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Maqadan vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, havanın temperaturunun kəskin soyuması dekabrın 16-dan başlayıb. Orta məktəblərdə dərslər təxirə salınıb. Vilayətin bir sıra rayonları ilə rabitə əlaqəsi kəsilib. Yolları qardan təmizləyən texnika isə sıradan çıxıb. 
Sinoptiklərin məlumatına görə, yaxın günlərdə temperaturun -60 dərəcəyə düşəcəyi gözlənilir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.