banner
banner

Gündəm

İtkin neftçilərin axtarışı hələ davam edir

İtkin neftçilərin axtarışı hələ davam edir

“28 may” Neft-Qaz Çıxarma İdarəsinin “Günəşli” yatağının 10-cu platformasında baş verən yanğından sonra oradakı işçilərin bir qismi xilas edilsə də 23 nəfər hələ də itkindir.

SOCAR-ın platformadakı yanğının söndürülməsi və itkin düşənlərin axtarış işləri barədə operativ məlumatlar yaymaq üçün yaratdığı qərargahın son yaydığı məlumata görə, hələ də heç kim tapılmayıb.

Operativ qərargahın keçirdiyi mətbuat konfranslarının birində rəsmilər bildirmişdi ki, SOCAR-ın təcrübəsində itkin düşən işçilərin ümumiyyətlə tapılmaması və axtarışların dayandırılması faktları da var.

Bəs itkin düşən şəxslər minimum neçə müddət axtarılır? Onların öldüyü və axtarışın dayandırılması barədə qərar necə verilir?

Bu suallara cavab verən vəkil Cavad Cavadov virtualaz.org saytınaaçıqlamasında bildirib ki, qanuna görə, itkin düşən şəxsin ölmüş elan edilməsi yalnız məhkəmə qərarı ilə mümkündür və bu məsələ Mülki Məcəllənin 41-ci maddəsi ilə tənzimlənir: “Əgər şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Bu zaman məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər”.

“Günəşli” platformasında baş vermiş yanğın nəticəsində itkin düşən işçilərin axtarışının dayandırılması məsələsinə gəldikdə isə vəkil vurğuladı ki, bununla bağlı qərarı axtarış işini aparan qurumlar verməlidir: “Beynəlxalq praktikada bir qayda olaraq axtarışı aparılan şəxslərin sağ qalma ümidinin artıq olmamasına ağlabatan güman olmadıqda axtarış işləri dayandırılır”.

SOCAR isə bir neçə gün əvvəl yaydığı açıqlamada axtarışların daha da intensivləşdiyini, itkin düşən neftçilərin axtarışının təyyarə və helikopterlər vasitəsilə davam etdiyini bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.