Ermənistan KİV-lərinin yaydıqları xəbərə görə, bu gecə Qarabağda “fövqəladə dərəcədə gərgin vəziyyətin” hökm sürməsinə görə müdafiə naziri Seyran Ohanyan təcili qaydada Xankəndinə gəlib.
Virtualaz.org saytı xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovanisyan yayıb.
Ohanyanın Xankəndində qondarma “DQR” rejiminin “müdafiə naziri” və işğalçı qüvvələrin komandanlaır ilə təcili müşavirə keçirərək təmas xəttində yaranmış vəziyyəti müzakirə edəcəyi bildirilir.
* * *13:25
Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin Bern şəhərində bu gün keçirilən görüşü Qarabağda hər iki tərəfdən itkilərlə müşaiyət olunan şiddətli döyüşlərin getdiyi bir vaxtda baş verir.
Virtualaz.org saytı xəbər verir ki, Ermənistan tərəfinin yaydığı məlumatlara əsasən dekabrın 18-nə keçən gecə də təmas xəttinin Tərtər-Ağdam istiqamətində hər iki tərədən itkilərlə müşaiyət olunan döyüşlər gedib.
Erməni tərəfinin iddiasına görə, Azərbaycan silahlı qüvvələrinin “diversiya-kəşfiyyat bölmələrinin” həmləsi zamanı 4 erməni hərbçisi ağır yaralanıb. Onlar hospitala yerləşdirilib, vəziyyətləri barədə məlumat verilmir.
Bundan əvvəl Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” gecə baş vermiş döyüşlərdə bir hərbçinin öldüyünü açıqlamışdı. Düşmən tərəfin iddiasına görə, Azərbaycan ordusu da itki verib. Ancaq Azərbaycan Müdafiə Nazirliyi hələlik bu məlumatları şərh etmir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.