İki məşhur sima – aktrisa Ceyda Düvenci ilə aktyor Bülənt Şakrakın toyu oldu. Cütlüyün nikah mərasimi Kazdağının ətəklərində yerləşən oteldə baş tutub. Sadə məclisdə cütlüyün həmkar dostları Şevket Çoruh, Aslı Çüreklibatur və Dirim Elal nikah şahidi olublar. Xatırladaq ki, Ceyda ilə Bülənt “Aşkın kanunu” serialının çəkilişi zamanı tanış olublar. Bu, hər iki tanınmışın ikinci nikahıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.