Yurgen Kloppun baş məşqçisi olduğu "Liverpul" qışda ilk transferini gerçəkləşdirib.
Liverpul təmsilçisi “Srvena Zvezda”nın futbolçusu Marko Qrujiçi transfer edib.
Bu barədə Serbiya klubunun idman direktoru Zvezdan Terziç məlumat verib. O, "Liverpul"la 7 milyon avro qarşılığında razılıq əldə olunduğunu açıqlayıb. İngiltərə klubu ilə 5 illik müqavilə imzalayacağı gözlənilən 19 yaşlı futbolçunun illik məvacibi 1,2 milyon avro olacaq.
Qeyd edək ki, gələn aydan "Liverpul"da çıxış edəcək Qrujiç bu komandanın canlı əfsanəsi Stiven Cerardın uzun illər daşıdığı 8 nömrəli formanı geyinəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.