banner
banner

Gündəm

Azərbaycanda monopoliya ləğv edilir?..

Azərbaycanda monopoliya ləğv edilir?..

Mərkəzi Bankın manatın “üzən məzənnə rejimi”nə keçməsi ilə bağlı qərarından sonra dünən prezidentin köməkçisi Əli Həsənov monopoliyaları aradan qaldırmaq üçün bütün addımlar atılacağını bildirmişdi. “Qafqazinfo” monopoliyanın aradan qaldırılması istiqamətində hökumətin konkret hansı addımlar atacağına dair millət vəkili Fəzail Ağamalının fikirlərini öyrənib. Millət vəkilinin sözlərinə görə, yaxın zamanda Azərbaycanda monopoliya anlayışı haqda heç bir müzakirə aparılmayacaq, islahatlar nəticəsində bu anlayış keçmişdə qalacaq:

"Bu, ciddi mahiyyət daşıyır və ölkə başçısının islahatlarının fəlsəfəsinə söykənir. Dövlət başçısı cəmiyyətin irəli çıxarmış sosial sifarişlərinin məntiqinə söykənərək dərhal həmin sosial sifarişin irəli qoyduğu çağırışlara cavab verən addımlar atır. Bu baxımdan, dünyada gedən çox ağır proseslər, dünyanı bürüyən iqtisadi-maliyyə böhranı, müharibənin törətdiyi ağır fəsadlar, neftin qiymətinin aşağı düşməsi kimi ağır iqtisadi proseslər və onun doğuracağı sosial problemlər şübhəsiz ki, Azərbaycan dövləti tərəfindən nəzərə alınır. Əli Həsənovun da söylədiyi bu fikirlər Azərbaycanı dünyanı bürüyən maliyyə-iqtisadi böhranlarından qabaqlayıcı addımlar atmaqla daha çox sığortalanmaq, daha az itki ilə mövcud vəziyyətdən çıxmağa hesablanıb. 

Yadınıza gəlirsə, 2008-ci ildən sonra Azərbaycan dünyanı bürüyən iqtisadi-maliyyə böhrandan çox uğurla çıxa bildi. Hətta Azərbaycan modeli yarandı. Böyük itkilərin yaşandığı zaman kəsiyində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etdi və bu inkişaf beynəlxalq aləmdə fəaliyyət göstərən aparıcı maliyyə qurumlarının da diqqətini özünə cəlb etdi. Azərbaycan modelinin üstün cəhətləri ətrafında ciddi müzakirələr aparıldı.

Hesab edirəm ki, biz bundan sonra nefti yaddan çıxarmalıyıq. Bütün gücümüzü, imkanlarımızı daxili potensialımızın səfərbərliyə alınmasına, bu imkanlardan maksimum istifadə etməyə yönəltməliyik.


Heç kimə sirri deyil ki, ölkədə monopoliya var. Monopoliya bizim kimi müstəqilliyə qədəm qoyan, bir ictimai sistemdən digər ictimai sistemə keçid dövrü yaşayan bütün ölkələrdə cəmiyyətin doğurduğu neqativ haldır. Əslində monopoliyanın aradan qaldırılmasına yönələn addımlar prezidentinin təkamülə söykənən addımları ilə aradan qaldırılmaqdadır. Onun iqtisadi sferada, ixrac-idxal əməliyyatlarında vergi sistemində etmiş olduğu dəyişikliklər, aparmış olduğu islahatlar inhisarçılığın aradan qaldırılmasına yönəlmiş addımlardır. 

Tamamilə əminəm ki, prezidentin iradəsi süni, hər hansı formada iqtisadiyyatımıza mənfi təsir edə biləcək inhisarçılığın aradan qalıdırılmasına köklənib. Əminəm ki, yaxın zamanda Azərbaycanda bu anlayış haqda bir müzakirə aparılmayacaq, islahatlar nəticəsində bu anlayış keçmişdə qalacaq".

Ölkədə hansısa struktur islahatlarına gedilib-gedilməyəcəyinə gəlincə, millət vəkili bildirib ki, neftin qiymətinin aşağı düşməsi, çevik idarəetmə sistemini tətbiqi kimi ciddi çağırışlar, həm də bu baxımdan müəyyən addımların atılmasını zəruri edir:

"Bu gün Azərbaycan idarəçilik sistemində təkrarlanmalara yol verilir. Ayrı-ayrı qurumlar biri digərini təkrarlayır, biri digərinin fəaliyyətini, eyni funksiya yerinə yetirir. 

Bir neçə gün Prezident İlham Əliyev Sumqayıt və Bakıda nəqliyyatın idarə olunması ilə bağlı xüsusi fərmanlar imzaladı. Hər şəhər üçün ayrı-ayrı strukturlar yaradıldı. Bu da məhz idarəçilik islahatlarının vacib tərkib hissəsdir. Bu, bütün sahələri əhatə edəcək və təkrar strukturların aradan qaldırılmasının, qovuşmasının şahidi olacağıq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.