Bir neçə dəfə verdiyi qərarlarla Türkiyədə gündəmə gələn “Gənclərbirliyi” klubunun prezidenti İlham Cavcav yenə hər kəsi təəccübləndirib.
Superliqa təmsilçisinin prezidenti baş məşqçi təyin etdiyi Fuat Çapanı bir neçə saatdan sonra qovub.
Hələlik Fuat Çapanın qovulmasının səbəbi açıqlanmır. Komanda müvəqqəti olaraq əvəzedicilərin baş məşqçisi Mustafa Kaplana tapşırılıb.
Qeyd edək ki, 80 yaşlı İlhan Cavcav əvvəllər də bu cür addımları ilə yadda qalıb. O, 1987-ci ildə “Gənclərbirliyi”nə baş məşqçi təyin edilən Hüsnü Macurnini ilk oyundan sonra vəzifəsindən uzaqlaşdırıb. Ötən mövsüm isə baş məşqçi Kemal Özdeşi oyuna çıxmadan qovub. “Gənclərbirliyi” hazırda 13 xalla 16cı pillədə qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.